Zelenski: “Ukraynanın bütün təhlükəsizlik və müdafiə sektoru işləyir, hər şeyə hazırıq və qalib gələcəyik“
Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciət edib.
Azadmedia.az xəbər verir ki, dövlət başçısı müraciətində bütün ölkə ərazisində hərbi vəziyyətin elan olunduğunu açıqlayıb.
“Bu gün səhər Rusiya Prezidenti Vladimir Putin Donbasda xüsusi hərbi əməliyyat elan edib. Rusiya hərbi infrastrukturumuza, sərhəd mühafizəmizə zərbələr endirib. Ukraynanın bir çox şəhərlərində partlayış səsləri eşidilib. Biz bütün ölkə ərazisində hərbi vəziyyət tətbiq edirik. Bir dəqiqə əvvəl ABŞ Prezidenti Co Baydenlə telefonla danışdım. ABŞ beynəlxalq dəstək göstərməyə başlayır. Sizdən sakit davranmağınızı istəyirəm. Mümkünsə, evdə qalın. Biz işləyirik, Ukraynanın bütün təhlükəsizlik və müdafiə sektoru işləyir. Panika olmasın, hər şeyə hazırıq və qalib gələcəyik”, - deyə Zelenski video müraciətində bildirib.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR