AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya-Ukrayna danışıqlarına texniki fasilə verildi - YENİLƏNİB

  • + A
  • - A
  • 14-03-2022, 19:40

    Rusiya-Ukrayna danışıqlarına texniki fasilə verildi - YENİLƏNİB


    "İşçi alt qruplarda əlavə fəaliyyət və anlayışların aydınlaşdırılması üçün danışıqlarda sabaha qədər texniki fasilə verilib".

    Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak "Twitter"də yazıb.

    "Danışıqlar davam edir...", - o əlavə edib.

    xxx

    12:44

    Rusiya-Ukrayna danışıqlarının növbəti raundu başlayıb.

    Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

    O, danışıqların növbəti raundunda müzakirə ediləcək məsələləri də açıqlayıb. Podolyak, atəşkəsin əldə edilməsi, qoşunların dərhal çıxarılması və təhlükəsizlik təminatları haqqında məsələlərin müzakirə ediləcəyini diqqətə çatdırıb.

    00:27

    xxx

    Rusiya ilə Ukrayna arasında danışıqlar çərçivəsində yaradılmış işçi qruplar daim fəaliyyət göstərir və ilkin nəticələrin yekunlaşdırılması üçün martın 14-də Moskva ilə Kiyev arasında danışıqlar aparılacaq.

    Bunu Vladimir Zelenskinin ofisinin müşaviri Mixail Podolyak bildirib.

    "Danışıqlar videokonfrans formatında fasiləsiz davam edir. İşçi qruplar daim işləyir. Böyük bir problem sahəsi daimi diqqət tələb edir. Bazar ertəsi, martın 14-də ilkin nəticələrin yekunlaşdırılması üçün danışıqlar sessiyası keçiriləcək", - Podolyak "Twitter"də yazıb.

    xxx

    13.03.2022 / 22:32

    "Hazırda Rusiya ilə Ukrayna arasında heç bir danışıq aparılmır. Danışıqlar bazar ertəsinə nəzərdə tutulub".

    Bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

    Qeyd edək ki, bu gün "Reuters" xəbər agentliyi Ukraynadakı mənbələrə istinadla 2 ölkə arasında danışıqlar aparıldığı barədə məlumat yayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR