Ukrayna qoşunları Xerson vilayətinin 3 kəndini işğalçılardan geri alıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
"Ukrayna Silahlı Qüvvələrinin hücum hərəkətləri nəticəsində düşmən Dobryanka, Novovoznesenske və Trudolyubivka yaşayış məntəqələri üzərində nəzarəti itirib. Aleksandrovka qəsəbəsi ərazisində döyüşlər davam edir", - deyə məkumatda qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.