Mariupolda 1026 ukraynalı əsgər təslim olub.
Bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.
Konaşenkov qeyd edib ki, təslim olanlar arasında 162 nəfər Ukrayna Silahlı Qüvvələrinin zabitləridir.
Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, təslim olanlar 36-cı dəniz piyada briqadasında xidmət ediblər. Təslim olanlardan bəzilərinə tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.