AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADAU-nun himayəyə götürdüyü şəhid ailəsinə mənzil hədiyyə olunub

  • + A
  • - A
  • 18-04-2022, 19:02

    ADAU-nun himayəyə götürdüyü şəhid ailəsinə mənzil hədiyyə olunub


    Şəhid ailələri və övladları Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə başçısı cənab İlham Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunub. Onların məişət yaşayış problemləri qısa müddətdə aradan qaldırılıb, növbəli şəkildə hər bir şəhid ailəsinin yeni mənzillərlə təmin edilməsi prosesi Gəncə şəhərində də davamlı həyata keçirilir.

    Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) himayə götürdüyü şəhid Cavadov Canlar Aqil oğlunun ailə üzvlərinə də bu gün Gəncə Şəhəri Bayraq küçəsində inşa edilən çoxmərtəbəli binaların birindən 3 otaqlı mənzil verilib.

    Universitet rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi şəhid ailəsinin dəvəti ilə birgə yeni mənzildə olub, onlara xalça hədiyyə edərək, sevinclərinə şərik olublar.

    Qeyd edək ki, ADAU rəhbərliyi Vətən müharibəsində şəhid olan Canlar Cavadovun 5 azyaşlı uşağını 2020-ci ilin oktyabr ayından himayəyə götürüb, ailəyə universitetin Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə 3 il müddətində hər ay 300 manat məbləğində maddi yardım ödənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR