Kanadada azad şəkildə silah ticarəti ilə məşğul olmağa icazə verilməyəcək.
Sözügedən qanun layihəsini parlamentə Kanadanın Baş naziri Castin Trüdonun hakim Liberal partiyası təqdim edib.
Baş nazir Castin Trüdo bildirib ki, qanun qəbul olunarsa, artıq ölkədə şəxsi odlu silahların alınması, satışı, daşınması və idxalı mümkün olmayacaq.
Bundan başqa, silahdan istifadə ilə törədilən cinayətlərə görə maksimum cinayət cəzası tətbiq ediləcək.
Mənbə: Mash “Telegram” kanalı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.