Azadmedia.az TASS-a istinadən xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdo bildirib ki, ölkə hakimiyyəti Ukraynaya 7,8 milyon Kanada dolları (6,1 milyon dollar) dəyərində öldürücü silahlar vermək qərarına gəlib.
Kanada həmçinin Ukraynaya 500 milyon Kanada dolları (392,5 milyon dollar) məbləğində kredit verəcək.
Bundan əvvəl Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Kiyevə silah tədarükünün Ukraynadakı ekstremist qüvvələrin təxribatı olduğunu bildirmişdi. Onun sözlərinə görə, bu cür addımlar münaqişənin sülh yolu ilə həllinə kömək etmir.
Neçayev vurğulayıb ki, Rusiya Ukraynada vəziyyətin deeskalasiyasının tərəfdarıdır, Qərb isə media vasitəsilə vəziyyəti qızışdırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.