"Azərbaycan və Türkiyə arasında enerji sektorunda böyük əməkdaşlıq mövcuddur. Artıq iki ölkə alternativ enerji sahəsində də sıx əməkdaşlığa başlayıb".
Azadmedia.az xəbər verir ki, bunu "Anadolu" Agentliyinə müsahibəsində Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bildirib.
"Bizim ilk öncə neft və təbii qaz kimi klassik enerji sahələrində iş birliyimiz var idi. Daha sonra Azərbaycan Türkiyədə emal müəssisələrinə sahib oldu. STAR neft emalı zavodu və "Petkim" neft-kimya kompleksində Türkiyə üçün vacib məhsullar istehsal olunur. Bu məhsullar həm qardaş ölkənin idxaldan asılılığını azaldır, həm də vəsaitinə qənaət etməsinə imkan yaradır. Artıq günəş və külək enerjisi kimi bərpa olunan enerji sahələrdə sız əməkdaşlığa başlamışıq. Yəni sadəcə neft-qaz deyil, gələcək üçün çox önəmli olan bərpa olunan enerji sahələrində də iş birliyimiz var", - o qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.