“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi oyunların vaxtı məlum olub.
Ağdam təmsilçisinin ilk oyunu avqustun 17-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Görüş saat 20:45-də başlayacaq.
Bu komandalar arasındakı cavab qarşılaşması avqustun 23-də Plzendə olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.