Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya və İraqın şimalında doqquz terrorçu zərərsizləşdirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, terrorçulardan beşi Suriya ərazisində “Sülh çeşməsi”, dördü isə İraqın şimalında “Pəncə-Kilid” antiterror əməliyyatlarının aparıldığı bölgədə məhv edilib.
Zərərsizləşdirilən bu terrorçuların türk hərbçilərinə qarşı hücum planlaşdırdıqları müəyyən edilib.
Əməliyyatlar davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.