AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət İmtahan Mərkəzi iki istiqamət üzrə imtahan keçirir

  • + A
  • - A
  • 21-08-2022, 11:00

    Dövlət İmtahan Mərkəzi iki istiqamət üzrə imtahan keçirir


    Avqustun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi və dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan qruplar üzrə test imtahanı keçirir.

    Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlar saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.


    Dövlət qulluğuna qəbul imtahanı Bakıda 8 binada təşkil olunur. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 619, BB qrupu üzrə 1463 olmaqla, ümumilikdə 2082 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 186 nəzarətçi müəllim və 16 buraxılış (mühafizə) rejimi əməkdaşı ayrılıb.

    Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak etmək üçün 882 namizəd qeydiyyatdan keçib. Bakı şəhərində 856, Naxçıvan şəhərində isə 26 namizədin imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 74 zal nəzarətçisi və 10 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

    Bu gün, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistraturasına qəbul imtahanı keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR