AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qazaxıstanla birgə investisiya layihələrində iştirakın vaxtı yetişib" - İlham Əliyev

  • + A
  • - A
  • 24-08-2022, 20:00

    "Qazaxıstanla birgə investisiya layihələrində iştirakın vaxtı yetişib" - İlham Əliyev

    "Biz iqtisadi-ticari münasibətlərin inkişafına da təkan verəcəyik. Əmtəə dövriyyəsinin artırılması üçün hələ böyük ehtiyatlar var".

    Bunu Prezident İlham Əliyev Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşdə bildirib.

    "Bu gün biz gələcək iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə fikir mübadiləsi apardıq, qarşılıqlı tədarüklərin artırılması baxımından onu konkretləşdirə bilərik. İnvestisiya sahəsində də böyük perspektivlər var. Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti, xarici investisiyaların böyük həcmi var. Düşünürəm ki, bizim bu istiqamətdə də səylərimizi birləşdirməyin, Azərbaycanda, Qazaxıstanda, ola bilsin, başqa ölkələrdə də birgə investisiya layihələrində iştirak etməyimizin vaxtı yetişib", - deyə o, qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR