Azərbaycan Beynəlxalq Maarif Məktəbləri (ABMM)
Türkiyə Maarif Vəqfi 17.06.2016-ci ildə TBMM tərəfindən 6721saylı qanunla qurulan və xaricdə Türkiyə Cümhuriyyəti adından təhsil müəssisəsləri açma səlahiyyətinə malik dövlət qurumudur. Türkiyə Cümhuriyyətinin beynəlxalq təhsilə açılan pəncərəsi olan Maarif Vəqfi tərəfindən dünyanın 67 ölkəsində 429 təhsil müəssisəsi və 50.000-ə yaxın şagird təhsil alır.
Beynəlxalq Maarif Məktəblərinin əsas istiqamətlərindən biri də şagirdlərin vətənpərvər, millətinə, bayrağına, dilinə sevgi və hörmətin aşılanması, onların intellektual bir şəxsiyyət kimi formalaşaraq, gələcək hədəflərinə sərbəst qərarlarla addımlamasını ,insanların ortaq dəyərləri ilə Anadolunun hikmət ənənəsini və mədəniyyətini bir araya gətirməkdən ibarətdir.
Yeni tədris ilindən etibarən Beynəlxalq Maarif Məktəbləri ilk dəfə olaraq Azərbaycanda fəaliyyət göstərəcək. Doqquz min kv. metrlik geniş yaşıllıq sahəni əhatə edən təhsil müəssisəsi, iki mühafizə, bir inzibati və dörd tədris binalarından ibarətdir. Məktəb ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, laboratoriyalar, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub. Beynəlxalq Maarif təhsil standartına əsasən məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən təhsil müəssisəsində, əsas fənnlər ilə yanaşı, dərsdənkənar məşğələlər də keçiriləcək. Məktəbdə STEAM, robotik kodlama, kompyuter laboratoriyası kimi informasiya və texnoloji biliklərin təkmilləşdirilməsinə xidmət edən sahələrin tədrisinə xüsusi diqqət yetirilir. Ana dilində tədris imkanları təklif edən təhsil müəssisəsində, Türk , ingilis, rus və ispan dillərinin də akademik səviyyəyədək öyrədilməsi hədəflənir. “Azərbaycan Beynəlxalq Maarif Məktəbləri”-də (ABMM) dərslər Azərbaycan kurikulumu və Beynəlxalq Maarif tədris Proqramına əsasən həyata keçiriləcək. Təhsil müəssisəsində Azərbaycan, xarici və Türkiyə ali təhsil müəssisələrinə müraciət zamanı imtahanlara uyğun proqramlar da təşkil olunur. Belə ki, IELTS/TOEFL/SAT kimi beynəlxalq dərəcəli sertifikat imtahanlarına uyğun dərslərin keçirilməsi əsas prioritetlərdən biri hesab olunur. Türk dilindən bilik səviyyəsi B2 olan şagirdlərə Türkiyədə təqaüdlə təhsil imkanları təklif olunur. Ümumilikdə isə Maarif məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsil haqqından tamamilə azad olur.