AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili qardaş Türkiyənin tezliklə bu çətinliyi geridə qoyacağına əmin olduğunu bildirdi

  • + A
  • - A
  • 6-02-2023, 10:57

    Millət vəkili qardaş Türkiyənin tezliklə bu çətinliyi geridə qoyacağına əmin olduğunu bildirdi

    Təəssüf ki, səhəri acı xəbərlə açdıq. Qardaş Türkiyədə 7.4 balında zəlzələ olub. Kahramanmaraş, Osmaniye, Hatay, Qaziantep, Malatya, Adiyaman, Adana, Kilis, Diyarbəkir, Şanlıurfa şəhərində dağıntılar var. Ölənlər və yaralıların olması hər birimizi kədərləndirdi.

    Azadmedia.az xəbər verir ki, bu sözləri millət vəkili Məşhur Məmmədov Türkiyədə baş verən zəlzələyə münasibət bildirərkən deyib. Zəlzələ nəticəsində həyatlarını itirmiş insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyən millət vəkili Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olmasını bildirib:

    "Sosial şəbəkələrə baxmaq kifayət edir ki, yaşından, sosial mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının Türkiyədə baş verən zəlzələdən çox kədərləndiyini, təəssüf hissi keçirmələrini görək.

    Cənab Prezident İlham Əliyevin də qardaş Türkiyəyə dəstək göstərişi özünü çox gözlətmədi. Bu gün səhər saatlarında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb".

    Sonda millət vəkili Məşhur Məmmədov tarixin bütün sınaqlarına mətanətlə sinə gərib həmişə üzüağ çıxan qardaş Türkiyənin bu dəfə də çətinlikləri qısa müddətə geridə qoyacağına əmin olduğunu bildirdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR