İlham Əliyevdən regional təhlükəsizliklə bağlı xəbərdarlıq: “Müharibələrin coğrafiyası genişlənir”

Prezident İlham Əliyev dünyada gedən müharibələrin regional təhlükəsizlik üçün yaratdığı risklərə diqqət çəkib.
O, TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən bildirib ki, hazırda davam edən müharibələrin nə vaxt başa çatacağı görünmür.
“Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir”, - dövlət başçısı deyib.
Prezident qeyd edib ki, döyüşən tərəflər arasında qarşılıqlı düşmənçilik açıq xarakter alır. Onun sözlərinə görə, bu vəziyyət ölkələrin perimetri boyunca mövcud münaqişələrin coğrafiyasının genişlənməsinə səbəb ola bilər.
İlham Əliyev Azərbaycanın yerləşdiyi regionda təhlükəsizlik məsələsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Azərbaycan haqqında danışsaq, həm şimalda, həm də cənubda qonşularımız müharibə aparan ölkələrdir. Bu kontekstdə də, əlbəttə ki, regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.