Gədəbəy Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2026-cı il 01 iyul vəziyyətinə gədəbəy rayonu üzrə əhalinin sayı 11 nəfər artaraq 101448 nəfərə çatmışdır.
Rayon üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 82 nəfər olmuşdur.
2026-cı il 01 iyul vəziyyətinə rayonda 403 nəfər doğulan körpə qeydə alınmış və 2025-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,6-dan 8,0-ə düşmüşdür.
2026-cı il 01 iyul vəziyyətinə rayon üzrə 392 nəfər ölüm halı qeydə alınmış və 2025-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 7,1-dən 7,8-dək artmışdır.
2026-cı il 01 iyul vəziyyətinə rayon üzrə 155 nikaha daxilolma və 90 boşanma halları qeydə alınmış və 2025-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,1-ə düşmüş, boşananların sayı isə 1,3-dən 1,8-dək artmışdır.
Gədəbəy Rayon Statistika İdarəsi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.