AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müştəriyə qeyri-etik təkliflər edən taksi sürücüsü həbs OLUNDU

  • + A
  • - A
  • 23-02-2023, 19:08

    Müştəriyə qeyri-etik təkliflər edən taksi sürücüsü həbs OLUNDU


    Paytaxt sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək bildirib ki, yetkinlik yaşına çatmayan övladı müştəri kimi əyləşdiyi taksidə olan zaman sürücü uşağa qeyri-etik təkliflər edib.

    Azadmedia.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən xəbər verilib.

    Məlumatda bildirilir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində həmin taksi sürücüsü - Abdulağa Mustafayev saxlanılıb.

    Araşdırma zamanı sürücünün narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olduğu və qeyri-etik təklifi narkotikin təsiri altında etdiyi müəyyən edilib.

    Abdulağa Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Abdulağa Mustafayev 1 ay müddətinə inzibati qaydada həbs edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR