Bakı, 11 mart — Azadmedia.az
Martın 10-11-də Tunisdə 3-cü “7 qitədə Osmanlı türk çalışmaları” adlı beynəlxalq elmi konfrans keçirilib.
Manouba Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin əməkdaşlari - tarix üzrə fəlsəfə doktorları Zülfiyə Vəliyeva və Yaxşıxanım Nəsirova onlayn şəkildə iştirak ediblər.
Z.Vəliyeva konfransda “XVIII əsrin əvvəllərində Gəncə fəthində iştirak edən Osmanlı ordusu - Gəncə-Qarabağ əyalətinin timar ruznamə dəftəri əsasında”, Y.Nəsirova isə “Azərbaycanda Osmanlı təhrir dəftərləri ilə bağlı çalışmalar” mövzusunda məruzə ediblər.
Vüqar Məmmədov,
AMEA-nın Şərqşünaslıq İnstitutunun
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.