Türkiyədə zəlzələ bölgəsində güclü yağışlar selə səbəb olub.
Azadmedia.az “NTV”yə istinadən xəbər verir ki, Adıyamanda konteyneri sel aparması nəticəsində 1 nəfər həlak olub, daha 4 nəfər isə itkin düşüb.
Şanlıurfada da sel nəticəsində 6 nəfər itkin düşüb. Şəhərdəki xəstəxanaları, küçələri su basıb.
Məlumata görə, sel səbəbindən şəhərdəki məktəblərdə tətil elan edilib.
***
Şanlıurfada sel nəticəsində 4 nəfərin həlak olduğu məlum olub.
***
Sel nəticəsində həlak olanların sayı 10-a çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.