Bakı, 25 mart — Azadmedia.az
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində paytaxtda fəaliyyət göstərən səkkiz teatrın bölgələrə qastrol səfərləri davam edir.
Qastrol layihəsi üzrə Şuşa Dövlət Musiqili Dram Teatrı martın 23-də Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” (1850) komediyası əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş etdirib.
Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi səhnə əsəri qusarlı teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
Kollektivin “Şuşa İli”ndə (2022) mədəniyyət paytaxtımızda 30 illik işğaldan sonra oynadığı ilk tamaşa da məhz “Lənkəran xanının vəziri” olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.