İngiltərənin qərbindəki Pul şəhərinin limanında “Perenko” neft-qaz şirkətinin boru kəmərindən neft sızması qeydə alınıb.
Belə ki, 200 barrel civarında qatı maye qəza nəticəsində körfəzə tökülüb.
Məlumata görə, boru kəməri ilə neftin vurulması dayandırılıb, hadisə yerinə neft dağılmasının aradan qaldırılması üzrə mütəxəssislər cəlb olunub.
Qeyd edək ki, yerli orqanlar sakinləri növbəti xəbərdarlıq olanadək suda çimməkdən çəkinməyə çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.