AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür - ÖZƏL

  • + A
  • - A
  • 27-03-2023, 15:30

    Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür -



    Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar respublikada müxtəlif siyasi qüvvələr arasında açıq və etibarlı münasibətlərin formalaşmasına xidmət edir.


    Rusif Kərimov
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi


    Ölkə Prezidenti cənab İlham Əliyev respublikanın siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini hər zaman xüsusi qeyd edib və siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi təsvir edib. Təsadüfi deyil ki, dövlətimizin başçısı öz çıxışlarının birində müxalifət mənsubları tərəfindən səsləndirilən haqqlı, obyektiv ən əsası milli maraqların xeyrinə xidmət edəcək tənqidi yüksək qiymətləndirərək belə demişdi: “Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.”

    Birmənalı olaraq demək lazımdır ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət kursu özündə demokratik dəyərlərə sadiqlik, sağlam əməkdaşlıq və siyasi dialoqu birləşdirir. Xüsusilə son illər həm ölkəmizdə, həm də əhatəsində mövcud olduğumuz dünyada baş verən hadisələr, sürətlə dəyişən reallıqlaq və müəyyən olunan yeni obyektiv amillər respublikada, o cümlədən siyasi sistemdə əsaslı islahatların davamlı olaraq aparılmasını vacib vəzifə kimi müəyyən edir. Məhz bu baxımdan da sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar müstəsna əhəmiyyət kəsb etmiş oldu. Azərbaycanda ictimai həyatın bütün sahələrini əhatə edən sistemli, irimiqyaslı islahatlar nəticəsində ölkənin ictimai-siyasi həyatının müxtəlif sahələrində ciddi dəyişikliklər formalaşmışdır. Müxtəlif siyasi qüvvələr arasında açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi cənab Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Heç şübhəsiz ölkənin siyasi sistemində formalaşdırılan, həm də nəzərə alaq ki, məhz iqtidarın təşəbbüsləri ilə formalaşdırılan dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir və etiraf olunmalıdır ki, dövlət başçısının dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin dərinləşdirilməsinə xidmət edir.


    Ölkəmizdə bərqərar olmuş siyasi dialoq mühitinin siyasi münasibətlərdə iştirak edən tərəflər arasında mövqelərinin balansına xidmət etdiyini və açıq müzakirələri tələb edən dialoq mühitinin cəmiyyətdə mövcud potensialın səfərbər olunmasına xidmət etdiyini qeyd edib: “Ötən müddət ərzində siyasi dialoq prosesi çərçivəsində fərq vermədən yüzlərlə görüş təşkil olunub, habelə çoxlu sayda müxtəlif səpgili məsələlər açıq və əməkdaşlıq şəraitində müzakirə olunaraq öz həllini tapıb. Təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edib. Cəmiyyət bu gün artıq siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları tanıyır. Eyni zamanda da, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək imkanı verir. Bu baxımdan bəzi siyasi partiyaların rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoymalarını da obyektiv və təbii proses kimi qəbul etmək lazımdır. Həm də nəzərə almaq lazımdır ki, siyasi dialoq prosesi partiyalar arasında kəskin inkişaf fərqini aşkara çıxarmaqla, bu zəmində bir çox partiyaların sadəcə təzyiq alətinə çevrilmə ehtimalının yüksək olduğunu köstərdi. İnkişafında durğunluq dövrünü yaşayan, ölkənin siyasi sisteminin funksionallığına fayda verə bilməyən zəif partiyalar xarici qüvvələrin əlində manipulyasiya alətinə çevrilirdilər. Bu isə qətiyyən yolverilməz bir haldır. Məhz buna görə, siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsi artıq bir zərurət kimi ortaya çıxmışdı.
    “Siyasi partiyalar haqqında” yeni Qanunun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərin balanslaşdırılmasına xidmət etdiyini və məhz bu qanunun tələbləri sayəsində ölkənin siyasi sistemində rəqabətə dözümlü partiyaların fəaliyyət göstərəcəklərini qeyd edib: “Ötən ilin sonlarında parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədrinə müraciət etdilər. Məlumdur ki, artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci ildə qəbul edilmişdir. Lakin bu illər ərzində ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan siyasi partiya nümayəndələrinin müraciəti də zərurətdən doğan addım idi. Diqqətəlayiq haldır ki, məsələ ilə bağlı Milli Məclisə 47 siyasi partiyadan 250-dən çox təklif daxil olub. Qanun layihəsi hazır olduqdan sonra Milli Məclisin saytında yerləşdirilərək, geniş ictimaiyyətin müzakirəsinə təqdim olunub. Daha sonra qanun layihəsi ilə bağlı siyasi partiya təmsilçilərinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə iki dinləmə keçirilib. Sənədin yenilənməsi zamanı layihədə 66 dəyişiklik edilib. Siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlər sənəddə geniş şəkildə öz əksini tapıb. Bütün bunlarda əsas məqsəd qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olması, habelə birləşmək azadlığı hüququnu özündə ehtiva etməsindən ibarət idi ki, buna da nail olunub. Yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddətin artırılması, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlərin isə azaldılması ilə müzakirələr zamanı bəzi məqamlarla bağlı narahatçılıq doğuran məsələlər aradan qaldırılıb. Nəticədə qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə tam uyğunlaşdırılıb. Qeyd etmək lazımdır ki, “Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil. Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdi.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR