Siyasi münasibətlərdə sağlam dialoq.
Ceyhun Hüseynov Soltanağa oğlu/ Masallı MRX İƏ söbəsinin mütəxəssisi
Kənardan belə görünə bilər ki, Azərbaycanda siyasi partiyalarla dialoq yoxdur, ya da zəifdir. Bu, yanlış müşahidədir əslində. Demokratik cəmiyyətlərdə siyasi partiyalarla dialoq mütləq şərtdir və Azərbaycanda hələ Ümummilli lider Heydər Əliyevin dövründən başlayaraq, siyasi dialoq təşəbbüsləri gündəmdə olub, buna cəhdlər də göstərilib. Ayrı-ayrı vaxtlarda bu dialoq alınıb, birgə əməkdaşlıq fəaliyyəti ortaya qoyulub, ümummilli məsələlərdə vahid platformadan çıxış edilib və bu əməkdaşlıq həqiqətən də ölkəyə çox böyük fayda gətirib.
Ümumiyyətlə, ölkədə siyasi partiyaların fəaliyyətinə həmişə normal imkanlar yaradılıb, beləliklə Avropa Şurası qarşısında götürülən bütün öhdəliklər yerinə yetirilib.
Ölkə Prezidenti cənab İlham Əliyev respublikanın siyasi sistemində sağlam müxalifətçiliyin əhəmiyyətini hər zaman xüsusi qeyd edib və siyasi münasibətlərdə sağlam dialoq mühitini siyasi dəyər kimi təsvir edib.
Təsadüfi deyil ki, dövlətimizin başçısı öz çıxışlarının birində müxalifət mənsubları tərəfindən səsləndirilən haqqlı, obyektiv ən əsası milli maraqların xeyrinə xidmət edəcək tənqidi yüksək qiymətləndirərək belə demişdi: “Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.”
Birmənalı olaraq demək lazımdır ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət kursu özündə demokratik dəyərlərə sadiqlik, sağlam əməkdaşlıq və siyasi dialoqu birləşdirir. Xüsusilə son illər həm ölkəmizdə, həm də əhatəsində mövcud olduğumuz dünyada baş verən hadisələr, sürətlə dəyişən reallıqlaq və müəyyən olunan yeni obyektiv amillər respublikada, o cümlədən siyasi sistemdə əsaslı islahatların davamlı olaraq aparılmasını vacib vəzifə kimi müəyyən edir. Məhz bu baxımdan da sonuncu prezident və parlament seçkilərindən sonra ölkəmizdə başlanan islahatlar müstəsna əhəmiyyət kəsb etmiş oldu. Azərbaycanda ictimai həyatın bütün sahələrini əhatə edən sistemli, irimiqyaslı islahatlar nəticəsində ölkənin ictimai-siyasi həyatının müxtəlif sahələrində ciddi dəyişikliklər formalaşmışdır.
Müxtəlif siyasi qüvvələr arasında açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi cənab Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Heç şübhəsiz ölkənin siyasi sistemində formalaşdırılan, həm də nəzərə alaq ki, məhz iqtidarın təşəbbüsləri ilə formalaşdırılan dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir və etiraf olunmalıdır ki, dövlət başçısının dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin dərinləşdirilməsinə xidmət edir.”
Siyasi qüvvələrə seçkilərdə iştirak etmək üçün heç bir qadağa qoyulmayıb. Kütləvi aksiyalarla bağlı müraciətləri hər zaman müsbət cavablandırılıb və etirazlarını icazə verilən müxtəlif meydanlardan sərbəst şəkildə səsləndiriblər. Bu baxımdan siyasi partiyaların böyük əksəriyyəti hakimiyyətin siyasətinə narazı tonda yanaşmayıblar və yanaşmırlar.
Lakin əks mövqedə olan partiyalar da olub və indi də var. Onlar hər zaman öz ampulalarında qalıblar. Həmişə dialoqdan qaçıblar, müxtəlif bəhanələrlə hakimiyyət-müxalifət dialoqunu pozmağa çalışıblar. Onlar radikal partiyalar kimi təsnifatlanıblar, çünki heç vaxt konstruktiv mövqedən çıxış etməyiblər. İqtidarla bu gün də bir masa arxasında oturmaq istəmirlər.
Göründüyü kimi, ortada dövlət başçısı səviyyəsində dialoqa isti bir münasibət var. Hakimiyyət dialoqa, əməkdaşlığa həmişə açıqdır. Düşünməksə özünü əməkdaşlıqdan, dialoqdan kənarda saxlayanlara qalır.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.