Ukraynada sabiq Prezident Petro Poroşenkoya qarşı növbəti cinayət işi açılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski “Telegram”da yazıb.
Belə ki, Dubinskinin sözlərinə görə sabiq Prezident Rumıniyaya qaçaqmalçılıq yolu ilə siqaret göndərilməsində şübhəli bilinir.
O bildirib ki, “Ukrayna Dövlət Təhqiqat Bürosu ölkənin beşinci Prezidenti Petro Poroşenkonun nəzarətində olan “Roshen” şirniyyat məhsulları şirkəti vasitəsilə Rumıniyaya siqaret qaçaqmalçılığı ilə bağlı cinayət işi açıb”.
Xatırladaq ki, bu ilin mart ayının sonunda Ukrayna KİV-də Rumıniya sərhədçiləri tərəfindən Ukraynadan gələn yük maşınında aksiz markası olmayan tütün məmulatları aşkar edilməsi barədə məlumat yayılıb. Göndərilən yüklər “Roshen” məhsullarının qutularının altında gizlədilib.
Qeyd edək ki, bu hadisədən sonra həm Ukraynada, həm də Rumıniyada qaçaqmalçılıq faktı ilə bağlı cinayət işləri başlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.