Azərbaycan və Türkiyə arasında “Əməkdaşlıq haqqında Protokol” imzalanıb. Bu barədə Türkiyə Milli Məclisinin sədri Mustafa Şentop sosial şəbəkədəki rəsmi səhifəsində yazıb.
“Biz Milli Məclisin Sədri Sahibə Qafarovanı və onu müşayiət edən nümayəndə heyətini Məclisimizdə qəbul etdik.
İnanıram ki, danışıqların yekunu olaraq iki ölkə arasında imzalanan “Əməkdaşlıq haqqında Protokol” parlamentarilər arasında bütün sahələrdə sıx təmasların davam etdirilməsinə böyük töhfə verəcək”, - deyə Şentop bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.