Mədəniyyət Nazirliyi gənclərə dəstək naminə bir çox universitetlərlə aktiv əməkdaşlıq edərək tələbələrə gələcək karyeraları üçün faydalı biliklər qazandırmaq, onların bacarıqlarını inkişaf etdirmək və real iş təcrübəsi qazanmaqda yaxından iştirak edir.
Bu gün ADA Universitetində tələbələrə iş və karyera imkanları təklif edən 100-dən çox dövlət qurumunun və şirkətin iştirakı ilə Karyera Sərgisi keçirillib.
Yarmarkada tələbələrə müxtəlif karyera imkanları, qısamüddətli təlimlər, könüllülük, eləcə də yay məktəblərində iştirak etmək imkanı təklif edən 129 qurum təmsil olunub.
Sərginin məqsədi tələbə və məzunları bir araya toplamaqla birbaşa qurum nümayəndələri və İnsan kapitalının idarə olunması şöbəsi ilə əlaqələndirmək, onların bacarıqlarını inkişaf etdirməkdir.
Karyera Sərgisində tələbələr yeni yaradılmış Mədəniyyət Könüllüləri İctimai Birliyinə üzv olmaq üçün böyük maraq göstərərərək qeydiyyatdan keçiblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.