Bakı, 1 may — Azadmedia.azAprelin 30-da Milli Muğam Müsabiqəsinin qaliblərinin adı açıqlanıb və onlar mükafatlandırılıblar.
Münsiflərin yekdil rəyinə əsasən xanəndəlik üzrə müsabiqədə birinci yerə Mirəli Sarızadə layiq görülüb. Xəyal Hüseynov 2-ci yeri tutub, Zümrüd Məmmədova və Daşqın Kürçaylı isə 3-cü yerləri bölüşüblər. İnstrumental ifaçılıq kateqoriyasında isə birinci yerə Vaqif Təhməzov, 2-ci yerə Cahandar Mikayılov, 3-cü yerlərə isə Bayraməli Əliyev və Soltan Nadirov layiq görülüblər.
Müsabiqə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilib.
Milli Muğam Müsabiqəsinin qalibləri - xanəndəlik kateqoriyası üzrə 1-ci yerin qalibi Mirəli Sarızadə və instrumental ifaçılıq üzrə 1-ci yerin qalibi Vaqif Təhməzov ölkəmizi “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalında təmsil edəcəklər.