AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Mayın 28-ni Türkiyə əsrinin müjdəçisi edəcəyik” - Erdoğan

  • + A
  • - A
  • 16-05-2023, 11:45

    “Mayın 28-ni Türkiyə əsrinin müjdəçisi edəcəyik” -

    .

    Mayın 28-ni Türkiyə əsrinin müjdəçisi edəcəyik.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan Tvitterdə yazıb.

    O, “Cümhur İttifaqı”nın prezident seçkilərinin ilk sınağından alnıaçıq çıxdığını bildirib:

    “Təhriklərə, təzyiqlərə əhəmiyyət vermədən, çətinliklər qarşısında geri çəkilmədən canla-başla mübarizə apardıq. Hər birinizə zəhmətiniz, səyləriniz və fədakarlığınız üçün təşəkkür edirəm”.

    Erdoğan qeyd edib ki, mayın 14-də əldə olunan uğuru daha böyük qələbə ilə taclandırmaq lazımdır:

    “Cümhur İttifaqı” siyasətin mərkəzinə milli iradəni, ölkəyə və millətə xidmət və sevgisini qoymuş təşkilatdır. İndiyə qədər bizə sahib çıxmış, lazım gələndə tanklara meydan oxumuş millətimizə minnətdarlıq borcumuzu ancaq daha çox işləyərək, daha çox danışaraq ödəyə bilərik. Türkiyə bizdən xidmət və hərəkət gözləyir. Zəlzələdən əziyyət çəkmiş qardaşlarımız bizdən ən qısa müddətdə yaralarının sağalmasını gözləyir. İnşallah, qarşıdakı günləri ən gözəl və ən səmərəli formada dəyərləndirəcəyik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR