Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Həmzə Dağ ikinci tur prezident seçkiləri ilə bağlı yeni şüarı açıqlayıb.
Azadmedia.az xəbər verir ki, yeni şüar “Doğru Adamla Yola Davam” adlanır.
Belə ki, Türkiyədə II tur prezident seçkiləri 28 may tarixində baş tutacaq.
Qeyd edək ki, seçkidə ən çox səs toplamış iki namizəd – “Cümhur İttifaqı”nın lideri Rəcəb Tayyib Erdoğan və müxalifətdə təmsil olunan “Millət İttifaqı”nın rəhbəri Kemal Kılıçdaroğlu yarışacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.