Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada PKK terror təşkilatına qarşı əməliyyatlarını davam edir.
Azadmedia.az Türkiyə mediasına istinadən xəbərinə görə, MİT-in Suriyanın Sirrin/Ayn İsa bölgəsində keçirdiyi əməliyyatla PKK-nın maliyyə koordinatoru Tuba Karakoç zərərsizləşdirilib.
Qeyd edək ki, Tuba Karakoç 2013-cü ildə PKK-ya qoşularaq Türkiyə, İraq və Suriyanın bir çox bölgələrində fəaliyyət göstərib. Türkiyə tərəfindən axtarışda olan Tuba Karakoçun terror təşkilatının maliyyə işləri ilə bağlı tez-tez İraqa getməsi də müəyyən edilib. Bu səbəbdən onunla bağlı əməliyyat planı hazırlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.