ABŞ Prezidenti Co Bayden Hind-Sakit okean regionuna səfərini vaxtından əvvəl başa vuracaq.
Azadmedia.az xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.
Belə ki, Bayden Papua Yeni Qvineya və Avstraliyaya planlaşdırdığı səfərlərini ləğv edib.
Qeyd edək ki, Bayden ABŞ-ın dövlət borcunun tavanı problemi ilə bağlı səfərlərin ləğv edilməsini istəyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.