AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“ABŞ-nın etdiyi diplomatiya yox, açıq təxribatdır” - Rusiya XİN

  • + A
  • - A
  • 17-05-2023, 16:00

    “ABŞ-nın etdiyi diplomatiya yox, açıq təxribatdır” -

    ABŞ Ermənistana Rusiya bazası və sərhədçilərinin yerləşdirilməsindən imtina etməyi tövsiyə edir. Bunun müqabilində isə İrəvanın təhlükəsizliyini təmin edəcəyini vəd edir.

    Azadmedia.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

    “Əlimizdə belə məlumatlar var. Onlar deyirlər ki, rusları öz ərazinizdən qovun, sərhədçiləri və hərbi bazanı çıxarın, amerikalılar təhlükəsizliyin təmin olunmasına kömək edəcək. Təbii ki, açıq təxribatdır. Bu, diplomatiya deyil. Artıq diplomatiya yoxdur. Birbaşa rüşvət var”, - o bildirib.

    Həmçinin Lavrov qeyd edib ki, ABŞ tez-tez müttəfiqlərini tərk edir:

    “Həm də, biz Qərbin keçmişdə bir növ mərc etdiyi şəxslərlə necə davrandığını görürük. “Ərəb baharı”nın əvvəlində ləyaqətlə istefa verən və qaçmayan Misir Prezidenti Hüsnü Mübarəki tərk etdilər. ABŞ ölkənin iyirmi illik işğalı zamanı onlara güvənən Əfqanıstan rəhbərliyini də tərk etdi”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR