ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ABŞ-ın danışıqların harada aparılmasından asılı olmayaraq Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəklədiyini bildirib. Azadmedia.az.xəbər verir ki, çıxışın səs yazısı ABŞ Xarici İşlər Nazirliyinin You-Tube kanalında dərc olunub.
"Tərəflər arasında birbaşa danışıqlar prinsipial əhəmiyyət kəsb edir və biz şadıq ki, onlar harada olursa olsun - Arlinqtonda (ABŞ-ın Virciniya ştatı), Brüsseldə və ya Moskvada aparılır", - Patel bildirib.
Belə ki, o, mayın 25-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilməsi planlaşdırılan görüşü şərh edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.