KTMT missiyası Ermənistan ərazisində fəaliyyət göstərmir, çünki təşkilat Ermənistanın sərhədlərinin hansı hüdudlarda olacağını müəyyən etmir.
Azadmedia.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Belə ki, “KTMT bunu konkret olaraq vurğulayanda, o zaman problem 90%-i həllini tapacaq. Bu, fundamental məsələdir”, - Paşinyan bildirib.
Həmminin , Paşinyan bildirib ki, Ermənistan Qərbdən Rusiya ilə münasibətləri pisləşdirməli olduğuna dair siqnallar almır:
Qeyd edilib ki, “Əminəm ki, almayacaq da. Siqnallar ikitərəfli əlaqələr və ya onların inkişafı ilə bağlı ola bilər. Rusiyaya gəlincə, biz rusiyalı həmkarlarımızla ikitərəfli münasibətlərimizi kifayət qədər şəffaf müzakirə edirik və bu müzakirələrdə qaranlıq nöqtələr yoxdur”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.