“Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatla çıxış edən zaman bildirib.
“Azərbaycan-Ermənistan sülh danışıqları haqqında Litva Prezidentini məlumatlandırdım. Azərbaycan torpaqlarının uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında olmasına, 1 milyon azərbaycanlının bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşməsinə, ərazilərimizin təxminən 20 faizinin işğal altında olmasına və işğal edilmiş ərazilərdə demək olar bütün infrastrukturun, binaların, o cümlədən tarixi abidələrin işğalçılar tərəfindən dağıdılmasına baxmayaraq, ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarı ilə Qafqaza uzunmüddətli sülh gətirəcək”, - dövlət başçısı qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.