AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Litva prezidenti: “Azərbaycanı iqtisadiyyatı inkişaf edən dövlət hesab edirik”

  • + A
  • - A
  • 22-05-2023, 16:24

    Litva prezidenti: “Azərbaycanı iqtisadiyyatı inkişaf edən dövlət hesab edirik”


    “Biz Azərbaycanı iqtisadiyyatı inkişaf edən dövlət hesab edirik”.

    “Report”un Vilnüsə ezam olunan müxbiri xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda bildirib.

    “Bu gün biz sağlam ikitərəfli əlaqələrimizə arxalana bilərik. Azərbaycan Litvanın mühüm tərəfdaşıdır və biz qarşılıqlı faydalı imkanlar tapmaqda maraqlıyıq. Azərbaycanı nəhəng enerji potensialına və şaxələndirmə istəyinə malik olan, iqtisadiyyatı inkişaf edən dövlət hesab edirik. Azərbaycan iqtisadiyyatının informasiya texnologiyaları, logistika, istehsalat, qabaqcıl qida emalı və bərpa olunan enerji kimi müxtəlif sahələri litvalı sahibkarları cəlb edir”, - o vurğulayıb.
    Litva dövlət başçısı qeyd edib ki, sıfır emissiya hədəfinə diqqət yetirməklə iqtisadiyyatın inkişafı Azərbaycan və Litva iqtisadiyyatlarını da yaxınlaşdıra bilər:

    “Mən qəti şəkildə inanıram ki, xalqlarımız təkcə iqtisadiyyat sahəsində deyil, həm də elm, təhsil və mədəniyyət sahələrində də birləşməlidir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR