Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz sözlərinə görə məsuliyyət daşıyan ciddi siyasi fiqurlardır.
Azadmedia.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, “Putin və Ərdoğan böyük siyasi təcrübəyə malik, populist üsullara öyrəşməyən çox ciddi siyasi fiqurlardır. Onlar öz sözlərinə cavabdeh olan siyasətçilər və dövlət xadimləridir. Ərdoğan və Putin arasındakı münasibətlər xüsusidir. Çünki onlar iki ölkə xalqı üçün konkret qarşılıqlı faydalı məsələlərlə məşğul olur”, - deyə Peskov bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.