Prezident İlham Əliyev Elmira Axundova ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Qeyd edək ki, Elmira Axundova 2020-ci ildən Azərbaycanın Ukraynadakı səfiri vəzifəsini icra edirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.