AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bəşəriyyət tarixində Ukrayna mövcud olmayıb - Putin

  • + A
  • - A
  • 23-05-2023, 22:16

    Bəşəriyyət tarixində Ukrayna mövcud olmayıb -




    Bəşəriyyət tarixində Ukrayna Sovet Sosialist Respublikası (USSR) yaranana qədər heç bir Ukrayna mövcud olmayıb.

    Belə ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkinlə görüşündə deyib.

    Belə ki, Konstitusiya Məhkəməsinin rəhbəri Rusiya liderinə XVII əsrin ortalarında Fransa kralı XIV Lüdovikin dövründə tərtib edilmiş xəritənin surətini göstərib. O, üzərində Ukraynanın qeyd olunmamasına diqqət çəkib.

    "Niyə gətirmişəm? Orada Ukrayna yoxdur", - deyə Zorkin bildirib.

    Putin də öz növbəsində müasir Ukrayna ərazisinin vaxtilə Reç Pospolitanın bir hissəsi olduğunu, sonra isə Moskva krallığına birləşdiyini xatırladıb.

    "Oktyabr inqilabından sonra hər cür kvazi-dövlət birləşmələri formalaşmağa başladı və Sovet hökuməti Sovet Ukraynasını yaratdı. Bu, hamıya məlumdur. Ondan əvvəl bəşəriyyət tarixində Ukrayna olmayıb", - Putin bildirib.axar.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR