AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna dünyanın ən güclü ordularından birinə sahibdir - Priqojindən ETİRAFLAR

  • + A
  • - A
  • 24-05-2023, 08:51



    "Vaqner" özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin Ukraynadakı müharibənin ilk elan edilən məqsədlərinə çatmadığını bildirib.

    Bu barədə o, siyasi strateq Konstantin Dolqova müsahibəsində danışıb.

    O, "xüsusi hərbi əməliyyat"ın (Rusiya Ukraynadakı müharibəni belə adlandırır - red.) məqsədlərinin "denazifikasiya" və "demilitarizasiya" olduğunu xatırladıb.

    "Beləliklə, haqqında danışdığımız Ukraynanın denazifikasiyası... Biz Ukraynanı bütün dünyada hamının tanıdığı bir xalqa çevirdik... Ukrayna hər yerdə tanınan bir ölkəyə çevrildi", - Priqojin bildirib.

    O, "demilitarizasiya"nın da uğursuz olduğunu dilə gətirib:

    "Əgər xüsusi əməliyyat başlayanda onların şərti 500 tankı var idisə - [indi] onların 5000 tankı var. Onların məharətlə döyüşə bilən 20 min adamı varsa, indi 400 min adam döyüşməyi bilir. Biz onu necə demilitarizasiya etdik? Məlum oldu ki, bunun əksi oldu".

    O, bu gün Ukrayna silahlı qüvvələrinin dünyanın ən güclü ordularından biri olduğunu vurğulayıb.

    "Onlar yüksək təşkilatçılıq, yüksək hazırlıq səviyyəsinə, yüksək kəşfiyyat qabiliyyətinə, müxtəlif silahlara malikdirlər və üstəlik, istənilən sistemdə, sovet, NATO, nə olursa olsun, eyni dərəcədə uğurla işləyirlər", - Priqojin deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR