Ölüm hökmünün qaytarılması üçün mübarizə aparacağam.
Azadmedia.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
Belə ki, "Avropada və bütün dünyada ölüm hökmünün qaytarılması üçün siyasi mübarizə aparacağam, çünki Belqrad, Malo Oraşe və Dubonada baş verənlərə görə başqa cəza yoxdur. Siz 13 və ya 14 yaşındakı cəlladı öldürə bilməzsiniz. Amma bu işdə əli olan hər kəs ən ağır cəzanı çəkməlidir. Nə qədər ki, mən prezidentəm, bütün səlahiyyətimlə, var gücümlə mübarizə aparacağam ki, onlar ən yüksək cəzanı alsınlar və bir vətəndaş kimi mən bu barədə hər yerdə danışacağam”, - deyə Vuçiç bildirib.
Qeyd edək ki, mayın 3-də paytaxt Belqraddakı Vladislav Ribnikar adına orta məktəbdə 14 yaşlı şagirdin silahlı hücumu nəticəsində 9 nəfər həlak olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.