AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mübahisəli məsələlər çözülür -BAXIŞ

  • + A
  • - A
  • 24-05-2023, 22:16

    Mübahisəli məsələlər çözülür -BAXIŞ

    ABŞ Azərbaycan və Ermənistan rəhbərliyinə sülh sazişi üzərində işin tərkib hissəsi kimi ən mübahisəli məsələlərin həlli ilə bağlı təkliflərini çatdırıb. Azadmedia.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan deyib.

    Dövlət Departamentinin sözçüsü bildirib ki, o, “hansı sahələrdə irəliləyə biləcəyimizi” anlamaq üçün keçən həftə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıb.
    “Mayın əvvəlində dövlət katibi iki ölkənin xarici işlər nazirlərini bir sıra ən mübahisəli məsələlərin, məsələn, sərhəd bölgəsində qoşunların qarşılıqlı çıxarılması, sülh sazişində mübahisələrin həlli mexanizminin təsbit edilməsi də daxil olmaqla, işləmək üçün qəbul etdi. Qarabağda etnik ermənilərin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinə nail olmağa kömək etməyə çalışırıq.Bu, üzərində işlədiyimiz bir çox məsələlərdir.Biz bir sıra təkliflər irəli sürdük və hər iki tərəfə elə bir dil təqdim etdik ki, fikrimizcə, , fərqliliklərin öhdəsindən gələcəklər.Onlar bunları nəzərə alıblar”,-deyə Derek Hoqan bildirib.

    Xatırladaq ki, danışıqlar prosesi çərçivəsində Ermənistan Azərbaycanın Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinə, habelə beynəlxalq təşkilatlar tərəfindən sülh müqaviləsində təsbit edilməsinə təminat verəcəyi tezisini irəli sürür. Rəsmi İrəvan da bildirir ki, Ermənistan hakimiyyətinin hesab etdiyi kimi, Bakı bu məsələ ilə bağlı Qarabağ separatçıları ilə dialoq aparmalıdır.

    Rəsmi Bakı da öz növbəsində dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan erməniləri öz vətəndaşları hesab edir və Azərbaycanda yaşayan istənilən başqa millətin nümayəndələri ilə bərabər onlara bütün hüquqları təmin etməyə hazırdır. Azərbaycan hakimiyyəti mütəmadi olaraq bildirir ki, Qarabağ məsələsi Azərbaycanın daxili işidir və heç kim ona qarışa bilməz.

    Xatırladaq ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üzrə birbaşa danışıqlar Azərbaycanda deyildiyi kimi altı aylıq onlayn diplomatiyadan sonra may ayında bərpa olunub. Və müxtəlif yerlərə gedirlər. Belə ki, ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə mayın 1-dən 4-dək Vaşinqton Arlinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dördgünlük danışıqlar aparılıb. Mayın 14-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında danışıqlar baş tutub. Daha sonra mayın 19-da Rusiya paytaxtında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli danışıqlar aparılıb. Sabah Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR