AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyevin açıqlaması Paşinyanın çaşqınlığına səbəb olub

  • + A
  • - A
  • 25-05-2023, 19:57

    Prezident İlham Əliyevin açıqlaması Paşinyanın çaşqınlığına səbəb olub

    Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclasında bir-birini cavablandırıb.

    Hər şey Əliyevin Ermənistan-Azərbaycan münasibətlərinin “normallaşması üçün ciddi ilkin şərtlərin” olması barədə bəyanatından sonra başlayıb.

    “Ermənistan və Azərbaycan arasında münasibətlərin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması əsasında normallaşması üçün ciddi ilkin şərtlər var. Bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçiriləcək”.

    Əliyev onu da bildirib ki, Ermənistan faktiki olaraq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb, onun “Zəngəzur” dəhlizinin açılması təşəbbüsünü xatırladıb və Laçın “yolu”nun işlək olduğunu bildirib.
    Söylənənlər cavabsız qalmadı. Paşinyan Azərbaycan prezidentinə yalnız bir dəhlizin - hazırda Bakının təşəbbüsü ilə bağlanan Laçının mövcudluğunu xatırladıb. O, Azərbaycanın Putin, Paşinyan və Əliyevin imzaladığı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməməsinə işarə edib.

    Paşinyan, həmçinin Xankəndi sakinlərinin tam qorunmalı olan hüquqlarını və Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə "faktiki təcavüzlərini" xatırladıb.

    Əliyev bu ittihamları rədd etdi və Paşinyanın gətirdiyi misalları təkzib etdi.

    “Demək istəyirəm ki, bizim Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur. İşlədiyim “dəhliz” sözünə gəlincə, mən Şimal-Cənub dəhlizinə münasibətdə eyni şəkildə işlətdim. Eyni şəkildə bu söz Şərq-Qərb dəhlizinə münasibətdə də işlənir. “Dəhliz” adı heç bir halda kiminsə ərazisinə təcavüz deyil. Bu, beynəlxalq termindir”, - Əliyev bildirib.

    Onun sözlərinə görə, Azərbaycan tərəfinin “Zəngəzur dəhlizi”nin formalaşdırılması təşəbbüsü Moskva tərəfindən dəstəklənib.

    Bu açıqlama Paşinyanın çaşqınlığına səbəb olub. “Rusiyanın dediyiniz layihəni dəstəklədiyini öyrənmək çox maraqlı idi. Düzünü desəm, bu barədə ilk dəfədir eşidirəm”, - Ermənistanın baş naziri bildirib. Laçın dəhlizinin açıq olması iddiasına Paşinyan deyib: “Biz bunu görmürük”.

    Söz atışmasına Rusiya prezidenti Vladimir Putin müdaxilə edib. O, Ermənistan və Azərbaycan liderləri ilə üçtərəfli görüşdə təkcə İrəvan və Bakını deyil, bütün regionu konstruktiv inkişaf yoluna çıxaracaq konkret razılaşmaların əldə olunacağına ümid etdiyini bildirib. Nyusarmeniua.am


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR