AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanla münasibətlər hər bir Aİİ ölkəsi üçün vacibdir

  • + A
  • - A
  • 26-05-2023, 00:51

    Azərbaycanla münasibətlər hər bir Aİİ ölkəsi üçün vacibdir

    Avrasiya İqtisadi İttifaqının sammitində Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Avrasiya İqtisadi İttifaqının sammitinin işində qonaq kimi iştirak etsə də, Azərbaycan uzun müddətdir ki, Ermənistan istisna olmaqla
    bütün Aİİ ilə fəal əməkdaşlıq etdiyi üçün özünü sözün tam mənasında qonaq kimi hiss etmir.
    Ölkə başçısı Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub marşrutlarının coğrafi qovşağında yerləşməsinə diqqət çəkib. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm iştirakçısıdır və Zəngəzur dəhlizini inkişaf etdirmək niyyətindədir.
    “Ölkəmiz regionda ən böyük hava donanmalarından birinə malikdir. Bizim tam iqtisadi müstəqilliyimiz var ki, bu da bizə müstəqil siyasət aparmağa imkan verir”, - deyə Əliyev bildirib.

    İlham Əliyev diqqəti Azərbaycan Respublikasının BMT-dən sonra ikinci beynəlxalq təşkilata - Qoşulmama Hərəkatına dörd ildir rəhbərlik etdiyini diqqətə çatdırıb.

    “Azərbaycan iqtisadiyyatı özünü təmin edir və kənar dəstəyə ehtiyac duymur”, - deyən İ.Əliyev bu gün Azərbaycanın əsas vəzifələrindən birinin iqtisadiyyatın şaxələndirilməsinin olduğuna diqqət çəkib.

    Eyni zamanda, Rusiya prezidenti Vladimir Putin İ.Əliyevə görüşdə iştirakına görə təşəkkür edib və Azərbaycanın quruma üzv ölkələrlə əlaqələrinin daim artdığını və təşkilatın hər bir ölkəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR