AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəlin Türkiyənin qarşısında yeni bir dövrün qapılarını birlikdə açaq - Erdoğan

  • + A
  • - A
  • 26-05-2023, 12:48


    Gəlin Türkiyənin qarşısında yeni bir dövrün qapılarını birlikdə açaq -


    27 may demokratiyamızın ən ağrılı kəsişmə nöqtələrindən biridir. 29 May İstanbulun fəthi ilə tariximizin ən mühüm zəfərlərindən biridir.

    Azadmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan deyib.

    Qeyd edilib ki, “Bu iki günün ortasına təsadüf edən 28 mayı xalq olaraq dərdimizdən dərs aldığımız, qələbələrimizlə fəxr etdiyimiz bir bayrama çevirmək istəyirik.

    85 milyon vətəndaşın həyatına töhfə verən xidmətlərimiz və 81 əyalətimizin hər qarışına toxunan işlərimizlə sözümüzün adamı olduğumuzu sübut etdik.

    Buradan “öncə ölkəm, millətim” deyən bütün vətəndaşlarıma səslənirəm.

    Gəlin Türkiyənin qarşısında yeni bir dövrün qapılarını birlikdə açaq.

    Ölkəmizin çoxəsrlik demokratiya və inkişaf nöqsanlarını 21 ildə birlikdə kompensasiya etdiyimiz kimi, Türkiyə Yüzilini də birlikdə çiyinlərimizdə qaldıraq. 85 milyon olaraq birliyimizin, həmrəyliyimizin və əbədi qardaşlığımızın qayğısına qalaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR