AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan prezidenti: Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması...

  • + A
  • - A
  • 30-05-2023, 02:49

    Ermənistan prezidenti: Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması...

    Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanın İrəvanın Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımasının vacibliyi ilə bağlı mesajlarını mühüm adlandırıb. Azadmedia.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

    Məlumata görə, Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş nazir Nikol Paşinyanla görüşündə hökumətin regionda sülhün bərqərar olması siyasətini tam dəstəklədiyini bildirib.

    Baş nazir də öz növbəsində prezidentlə görüşləri vacib adlandırıb və hesab edib ki, xalq hakimiyyətin müxtəlif qolları və dövlət aparatının səmərəli fəaliyyəti arasında institusional əlaqəni görməlidir.

    .


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR