Bakı, 30 may — Azadmedia.az
ŞKTC xarici işlər naziri Tahsin Ərtoğruloğlu Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
Nazirlikdən verilən məlumata görə, Ərtoğruloğlu mesajında seçki nəticələrinin Milli Kipr davasını birlikdə müdafiə etdikləri ana vətən Türkiyə, ölkəsinə və Türk dünyasına xeyirli olmasını arzulayıb.
“28 may 2023-cü il ana vətənimiz Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələrək yenidən Türkiyə Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
14 may seçkilərində liderliyinizdəki Cumhur İttifaqının TBMM-də səs çoxluğu qazandıqdan sonra Türkiyə xalqı sizi yenidən prezident seçərək rəhbərliyinizlə həyata keçirilən işlərə bir daha etimad göstərib və sabitlik deyib.
Seçki nəticələrinin Milli Kipr davamızı birlikdə müdafiə etdiyimiz anavətənimiz Türkiyəmiz, ölkəmiz və Türk dünyası üçün xeyirli olmasını diləyirəm. İnanıram ki, ana vətənlə ölkəmiz arasında həmrəylik və əməkdaşlıq Sizin rəhbərliyinizlə hər sahədə daha da genişlənəcəkdir.
Yeni dövrdə bütövlükdə ana vətənimizə, xüsusən də Sizə yeni uğurlar, xoşbəxtlik arzulayıram. Türkiyə əsri xeyirli olsun”, - T.Ərtoğruloğlu vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.