Biz ciddi problemlərlə üz-üzəyik, lakin əminəm ki, xalqlarımızın istedadlı insanları İsrail və Azərbaycan münasibətlərinin bütün tarixində sübut etdiyi kimi, bütün məqsədlərimizə birlikdə çatmaqda bizə kömək edəcək.
Bunu İsrailin müstəqilliyinin 75-ci il dönümünə həsr olunmuş tədbirdəki çıxışında Bakıda səfərdə olan İsrail Prezidenti İshaq Herzoq deyib.
“Bu çıxış həmçinin İsrailin Azərbaycandakı səfiri Corc Dikə peşəkarlığına və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə göstərdiyi sonsuz fədakarlığına və bu gün bizi burada qəbul etdiyinə görə təşəkkür etmək üçün fürsətidir.
Təbii ki, mən Milli Məclisin sədri, professor Sahibə Qafarova, Sizə təşəkkür edirəm. Eləcə də bu səmimi qonaqpərvərliyə görə Azərbaycan hökumətinə təşəkkür edirəm.
Biz uzun illər bu tərəfdaşlıq üzərində yaxından işləməyə davam edəcəyik” – İsrail prezidenti vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.