Rusiya Prezidenti Vladimir Putin Ukrayna şəhərlərinə aviazərbələr endirməklə müharibədəki uğursuzluqlarının qisasını alır.
Azadmedia.az xəbər verir ki, bunu Ukrayna ordusunun generalı, Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Nikolay Malomuz bildirib.
Belə ki, general bildirib ki, Putin Ukraynaya, xüsusən də Kiyevə hücumların hədəflərini şəxsən müəyyən edir.
Qeyd edilib ki, Putin küncə sıxışdırılıb və ukraynalıları qorxutmaq və ölkəni danışıqlara məcbur etmək üçün ehtiyatsız davranmağa başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.