İsveçin NATO-ya qəbulu yaxın həftələrdə tamamlanacaq.
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
Belə ki, “Biz bunun ola biləcəyinə şübhə etmirik, belə də olmalıdır və belə olacağını gözləyirik”, - deyə Blinken söyləyib.
Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Co Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb və İsveçin NATO üzvlüyünə mane olmaqdan imtina etməsi müqabilində Ankaraya yeni Amerika qırıcılarının satılması imkanını müzakirə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.